Rusiyada azərbaycanlı şagirdlər üçün rus dili ilə bağlı sınaq imtahanı keçiriləcəkbackend

Rusiyada azərbaycanlı şagirdlər üçün rus dili ilə bağlı sınaq imtahanı keçiriləcək

Rusiya Təhsil Nazirliyi miqrant şagirdlərin dil adaptasiyasını qiymətləndirmək üçün diaqnostik materiallar hazırlayıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, nəticələrdən asılı olaraq məktəblilər əlavə rus dili kurslarına göndəriləcək. Bundan əlavə, miqrant şagirdlərin rus mühitinə uyğunlaşmasını müəyyən edən testlər də nəşr edilib.

“Belə diaqnostikanın nəticələrinə əsasən, kurrikulumun formalaşdırılması zamanı sinifdənkənar məşğələlər və ya əlavə təhsilin bir hissəsi kimi rus dilinin öyrənilməsi üçün dərs saatları və ya kurslar nəzərdə tutula bilər”.

Nazirliyin bu açıqlaması Rusiya cəmiyyətində qızğın mübahisələrə səbəb olub. Belə ki, ötən ilin yayında Prezident yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev bildirmişdi ki, miqrant uşaqların 50%-dən 75%-ə qədəri rus dilini az və ya heç bilmir. Moskva və Sankt-Peterburqda bəzi məktəblərdə belə şagirdlər 20% təşkil edir.

Təhsil Nazirliyi belə uşaqlar üçün rus dilini xarici dil kimi öyrənmək üçün məktəb proqramları, habelə müəllim hazırlığı üçün xüsusi kurslar yaratmağı planlaşdırır.

Keçirilən diaqnostikada nələr var?

Nazirliyin miqrant məktəblilərin dil adaptasiyasını qiymətləndirmək üçün diaqnostik materiallar “Ümumi təhsilin vahid məzmunu” portalında mövcuddur. Portalda “Rus dilini bilməyən və ya az danışan uşaqlar üçün diaqnostik materiallar” bölməsi var. Ümumi və orta məktəb şagirdləri üçün tapşırıqlar çətinlik dərəcəsinə görə sıralanır və ibtidai, əsas və qabaqcıl səviyyələrdə testləri əhatə edir.

Portalda dil biliyi səviyyəsinə dair giriş diaqnostikası ilə yanaşı, 5–7, 8–9 və 10–11-ci sinif şagirdləri üçün “Uşağın sosial-mədəni şəxsiyyətinin (uyğunlaşmasının) qiymətləndirilməsi” testləri də yer alıb. 5-7-ci siniflər üçün nəzərdə tutulan tapşırıqlara şagirdin mənəvi-əxlaqi inkişafının diaqnostikası, özünü inkişaf etdirmək hazırlığı daxildir.

8-9 və 10-11-ci siniflər üçün testlər də sadalanan diaqnostika növlərini ehtiva edir. Bu testlərə “Rusiya Federasiyasının tarixi və mədəniyyəti haqqında biliklərin diaqnostikası” daxildir. Beləliklə, səkkizinci və doqquzuncu sinif şagirdlərindən bibliyadakı personajların təsvirlərini onların adları ilə əlaqələndirmələri, dini bayramlarla bağlı iki yanlış ifadəni müəyyən etmələri, həmçinin on iki şəkli “ikonaların kanonik təsvirləri” ilə müqayisə etmələri xahiş olunur.

10-11-ci siniflər üçün Rusiya Federasiyasının tarixi və mədəniyyəti biliklərinin diaqnostikası dini yerlərin fotoşəkillərini əlaqələndirmək tapşırığını özündə ehtiva edir.

Psixoloji suallar bloku isə elə qurulub ki, uşaq hansı cavabın sosial cəhətdən bəyəniləcəyini anlasın.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*