Rusiyada azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında öldü – FOTOLARbackend

Rusiyada azərbaycanlı televiziya əməkdaşı təyyarə qəzasında öldü - FOTOLAR

Rusiyanın Leninqrad vilayətinin Volxovsk rayonunda yüngülmühərrikli təyyarə qəzaya düşüb.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə martın 8-də Potanino kəndi yaxınlığında baş verib.

İki nəfər həyatını itirib. Onlardan biri 40 yaşlı Azərbaycan vətəndaşı Müşfiq İbrahimovdur. Digərinin şəxsiyyəti müəyyənləşdirilməyib.

APA-nın yazdığına görə, M. İbrahimov əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışıb. O, əslən Quba rayonundandır. Ailəlidir, 3 övladı var.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*