Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin reyestrini genişləndirib.
KONKRET.az xəbər verir ki, Departamentin internet saytında müvafiq bölmədə yeni qeydlər yer alıb. Siyahıya dörd təşkilat və dörd fiziki şəxs daxil edilib. Sonuncular arasında Dövlət Dumasının keçmiş deputatı Konstantin Borovoy və musiqi jurnalisti, “Naşe” radiosunun həmtəsisçisi Mixail Kozırev də var.
Onlar Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın əleyhinə çıxış etməkdə ittiham olunurlar. Bundan əlavə, Borovoy “Rusiya Federasiyasını terror təşkilatı ilə eyniləşdirib”, Kozırev isə “yetkinlik yaşına çatmayanlar arasında gey təbliğatını qadağan edən qanuna qarşı çıxıb və LGBT münasibətlərini inkişaf etdirmək üçün fəaliyyətlər həyata keçirib”. Hər ikisi xaricdə yaşayır.//Publika
