Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərası Hümanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəsifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Ermənistan tərəfinin fondun idarə heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb.
Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.
