Rusiyada hərbi təyyarə qəzaya uğradı: ÖLƏNLƏR VAR – VİDEObackend

Rusiyada hərbi təyyarə qəzaya uğradı: ÖLƏNLƏR VAR - VİDEO

Rusiyanın İl-76 hərbi təyyarəsi Ryazan vilayətində qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə, o, yerə düşərək yanıb. Təyyarədə doqquz nəfər olub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Mənbə qeyd edir ki, İl-76 hərbi-nəqliyyat təyyarəsi təlim uçuşu zamanı Ryazan vilayətində sərt eniş edib. Qurumun məlumatına görə, ekipaj mühərrikin nasazlığı səbəbindən yerə enməyə qərar verib. Dörd nəfərin öldüyü bildirilir.

Müdafiə Nazirliyi təyyarənin yerlə təmas zamanı qismən məhv edildiyini bildirib. Xəsarət alan ekipaj üzvləri xəstəxanaya yerləşdirilib, onların sayı açıqlanmır. “Kommersant” qeyd edir ki, nazirliyin press-relizində də ölənlər haqqında heç nə deyilmir.

Media İl-76-nın Orenburqdan Belqoroda uçduğunu və yanacaq doldurmaq üçün Ryazana endiyini yazıb. Təyyarə Mixaylovski şossesi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində elektrik xətləri zədələnib. Zərərçəkənlərdən birinin vəziyyəti stabildir, reanimasiyadadır.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*