Rusiyada koronavirusdan rekord sayda ölüm QEYDƏ ALINDIbackend

Rusiyada koronavirusdan rekord sayda ölüm QEYDƏ ALINDI

Rusiyada son sutka ərzində pandemiya başlayandan bəri COVID-19-dan ən çox ölüm qeydə alınıb – 652 nəfər. Bununla da ümumi ölənlərin sayı 134 545-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın COVID-19-a qarşı mübarizə üzrə Operativ Qərargahından məlumat verilib.

“Son sutka ərzində 652 ölüm təsdiqləndi… Bütün dövr ərzində Rusiyada 134 545 nəfər öldü”, – deyə məlumatda qeyd olunur.

O cümlədən Moskvada sutka ərzində 121 nəfər, Sankt-Peterburqda 119 nəfər, Nijeqorod vilayətində 27 nəfər koronavirusdan həyatını itirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*