Rusiyanın Altay diyarında meşə yanğınlarının sahəsi sutka ərzində 2 dəfə artaraq 4,6 min hektara çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə TASS diyarın Təbiəti Mühafizə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, meşə sahələrinin monitorinqi zamanı yanğınların 4 640 hektar sahəni əhatə etdiyi məlum olub. Küləkli və isti hava alovla mübarizəni çətinləşdirir.
Yanğın zonasına çox sayda texnika və canlı qüvvə cəlb olunub.
