Rusiyada MKİ və FTB saytları BLOKLANDIbackend

Rusiyada MKİ və FTB saytları BLOKLANDI

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) ölkədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və  Federal Təhqiqatlar Bürosunun (FTB) saytlarını bloklayıb.

KONKRET.azLenta.ru”ya istinadən xəbər verir ki, Rusiyada www.cia.gov və www.fbi.gov saytlarına giriş məhdudlaşdırılıb.

Bloklanmanın səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, iyun ayında Dövlət Dumasının komissiya sədri Vasili Piskarev ABŞ Dövlət Departamentinin internet portallarının Rusiyada bloklanacağını açıqlayıb.

O qeyd edib ki, Dövlət Departamentinin resurslarında Rusiya hərbçilərini və Ukraynadakı müharibəni gözdən salan saxta məlumatlar yerləşdirilir.

Məlumata görə, bloklama Rusiya Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*