
Rusiyada Özbəkistan sürücülük vəsiqəsi olan taksi sürücülərini işə götürməyə icazə verilə bilər.
KONKRET.az-ın Mərkəzi Asiya Ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistanın Əmək Nazirliyi Yandex ilə birlikdə Rusiyada taksidə işləyərkən Özbəkistan sürücülük hüquqlarından istifadə etmək üçün icazə almaq niyyətindədir.
Beləliklə, Rusiya şirkəti olan “Yandex-Taksi” və “Yandex-Çatdırılma” Özbəkistandan olan miqrantlara iş üçün müraciət edərkən kömək etməyi planlaşdırır.
Xüsusilə, rus dilinin tədrisi ilə yanaşı, Özbəkistandan olan kuryer və sürücülərin COVID-19-a qarşı peyvənd edilməsi planlaşdırılır. Peyvəndlər miqrantlara əlavə üstünlüklər qazandıracaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az
