Rusiyada tələbə qızlar müharibəyə cəlb olunurbackend

Rusiyada tələbə qızlar müharibəyə cəlb olunur

Rusiyada gənclərin, xüsusən də gənc qızların orduya cəlb edilməsi prosesi yeni mərhələyə qədəm qoyub. Ulyanovsk vilayətində ilk dəfə olaraq yerli texnikumun tələbə qızları Ukraynaya qarşı müharibəyə cəlb ediliblər.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “İdite lesom” (“Meşə ilə gedin”) hüquq-müdafiə layihəsinə Kuzovatovo fəhlə qəsəbəsində yerləşən texnoloji məktəbin dördüncü kurs tələbəsi danışıb.

Onun sözlərinə görə, təhsil müəssisəsində tələbələri bir araya toplayaraq Rusiya ordusu ilə müqavilə bağlamağa dilə tutublar. Təlim müəssisəsinin direktoru ilkin olaraq oğlanlara müraciət etsə də, daha sonra hərbi müqavilələri qızlara da təklif etməyə başlayıb. Tələbənin verdiyi məlumata görə, bu təbliğatın nəticəsində azı beş tələbə qız hərbi müqaviləyə qol çəkib.

Mənbə qızların bu riskli addımı atmasının arxasında dayanan yalan vədləri də ifşa edib: “Qızların beyninə yeridirlər ki, bu, tamamilə təhlükəsizdir. Onlara sadəcə ofisdə oturub dronları izləyəcəklərini deyirlər”. Hüquq müdafiəçiləri isə bu cür vədlərin arxasında gənclərin aldadılaraq birbaşa münaqişə zonasına aparılması təhlükəsinin dayandığını bildirirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*