Rusiyada üçüncü yerli vaksin qeydiyyatdan keçdibackend

Rusiyada üçüncü yerli vaksin qeydiyyatdan keçdi

Rusiya yaxın gələcəkdə ölkənin koronavirusa qarşı 3-cü peyvəndi – “KoviVak”ın istehsalına başlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin açıqlama verib.

Qeyd edilib ki, COVID-19 infeksiyasına qarşı üçüncü vaksin artıq qeydiyyatdan keçib.

“Yaxın gələcəkdə, üçüncü preparat olan “KoviVak” üzrə sənaye istehsalı xətti işə salınacaq”,-deyə Mişustin qeyd edib.

Mişustin artıq 10 milyon doza “Sputnik V” və təxminən 80 min doza “EpiVacCorona” vaksininin istehsal edildiyini də bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*