Rusiyada baş verən partlayışdan dəhşətli görüntülər – 35nəfər xəsarət aldı – VİDEO – YENİLƏNİBbackend

Rusiyada baş verən partlayışdan dəhşətli görüntülər - 35 nəfər xəsarət aldı - VİDEO - YENİLƏNİB 

Bu gün Rusiyanın Novosibirsk şəhərində baş verən güclü partlayış barədə məlumat vermişdik.

KONKRET.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra əmələ gələn yanğının qarşısını almaq mümkün olub.

35 nəfər xəsarət alıb, onlardan 8-nin vəziyyəti ağırdır.

Partlayışın səbəbləri və dəymiş ziyan araşdırılır.

Hadisə yerindən yeni görüntülər əldə etmişik. Həmin görüntüləri təqdim edirik.

***

16:38

Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

KONKRET.az-ın rus mediasına istinadən məlumatına görə, yanğın günorta saatlarında baş verib.

Yanğın 500 kv.m sahəni əhatə edir. Biri uşaq, ikisi yanğınsöndürən olmaqla, 6 nəfərin xəsarət aldığı bildirilir.

Dəhşətli partlayış anının görüntülərini təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*