Braziliyada prezident seçkilərinin birinci turu başa çatdı – Nəticələr gözlənilən deyildibackend

Braziliyada prezident seçkilərinin birinci turu başa çatdı - Nəticələr gözlənilən deyildi

Rio-de-Janeyro ştatının senatoru, eks-prezident Jair Bolsonaronun böyük oğlu Flavio Bolsonaro bülletenlərin 99,99%-i sayıldıqdan sonra səslərin 47,03%-ni toplayıb. Ölkənin hazırkı prezidenti Lula da Silva birinci turda 45,16% səs alıb.

KONKRET.az xəbər verir ki, heç bir namizəd 50 faiz həddini keçə bilmədiyi üçün qalibi oktyabrın 25-nə təyin olunmuş ikinci tur müəyyən edəcək. Bu, Braziliyada artıq ənənəyə çevrilib: 2000-ci illərin əvvəlindən bəri prezident heç vaxt birinci turda seçilməyib.

2022-ci ildə də ikinci turda Lula da Silva indiki rəqibinin atası Jair Bolsonaronu məğlub etmişdi. Məğlub olan siyasətçi nəticələri tanımaqdan imtina etmiş, tərəfdarları isə etiraz aksiyalarına çıxmışdı. Sonradan Bolsonaro dövlət çevrilişinə cəhdə görə uzunmüddətli həbs cəzasına məhkum edilib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*