Rusiyadan Azərbaycana XƏBƏRDARLIQbackend

Rusiyadan Azərbaycana XƏBƏRDARLIQ

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan idxal olunan kartofda virus aşkar edərsə məhsulun idxalına müvəqqəti qadağa qoya bilər.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, “Rosselxoznadzor” Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə kartoflarda aşkar edilə biləcək virus barədə xəbərdarlıq edib. Bu məsələ iki qurum arasında keçirilmiş videokonfrans formatında görüşdə müzakirə olunub.

Rusiya tərəfi Avrasiya İqtisadi Birliyinə üzv ölkələrdən idxal olunan kartoflarda qəhvəyi bakterial çürüklər olması barədə məlumat verib və Azərbaycan tərəfindən bununla bağlı araşdırma aparmağı, ixraca yönəldilən nəzarəti gücləndirməyi xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*