Rusiyadan MDB ölkələrinə təklif – “Birgə hərbi təlimlər keçirilsin”backend

Rusiyadan MDB ölkələrinə təklif - "Birgə hərbi təlimlər keçirilsin"

“Qərb strateji sabitliyi, eləcə də beynəlxalq təhlükəsizliyin təməl prinsiplərini pozur”.

KONKRET.az xəbər verir ki, bu bəyanatla Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov MDB-yə üzv dövlətlərin Baş Qərargah Rəisləri Komitəsinin Moskvada keçirilən növbəti görüşündə çıxış edib.

O, hazırkı görüşün sürətlə dəyişən qlobal hərbi-siyasi şərtlər altında keçirildiyinə diqqət çəkib. V. Gerasimovun sözlərinə görə, planetin müxtəlif nöqtələrində baş verən silahlı münaqişələr kənar təsirlərdən qaynaqlanır.

Rusiyanın Baş Qərargah rəisi vurğulayıb ki, bir sıra sponsor dövlətlərin dəstəklədiyi beynəlxalq terrorizm hər zaman olduğu kimi bu dəfə də qlobal təhlükəsizliyə təhdid olaraq qalmaqdadır.

“Bu şərtlər daxilində Müstəqil Dövlətlər Birliyinin üzvləri qarşısında dayanan çağırışlar bizdən daha yaxşı təchiz olunmuş və daha mükəmməl təlim keçmiş ordunun formalaşmasını tələb edir. Əminəm ki, Rusiya hərbi-sənaye kompleksinin son naliyyətləri və istehsalı planlaşdırılan məhsullarla tanış olmaq hər biriniz üçün son dərəcə faydalı ola bildi”.

Valeri Gerasimov həmçinin istər sərhədyanı ölkələrdə, istərsə də qlobal səviyyədə mövcud hərbi-siyasi vəziyyət, o cümlədən MDB ölkələrinin hərbi təyinatlı məhsulların istehsalı sahəsində əməkdaşlıq perspektivləri ətrafında müzakirələr keçirlməsi, eləcə də qoşunların döyüş qabiliyyətinin səhra şəraitində yoxlanılması üçün birgə təlimlərin təşkili barədə təkliflərlə çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*