Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın Moskvadakı diplomatik nümayəndəliyində çalışan müdafiə attaşesini və onun müavinini persona non grata elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, 9 aprel tarixində Rumıniyanın Rusiyadakı işlər üzrə müvəqqəti vəkili Liliyana Burda Xarici İşlər Nazirliyinə çağırılıb və ona diplomatların arzuolunmaz şəxs elan edilməsi ilə bağlı nota təqdim olunub.
Qeyd olunub ki, bu addım Rumıniya tərəfinin əvvəl qəbul etdiyi və heç bir əsaslandırması olmayan qərara cavab olaraq atılıb.
Aysu İbrahimova,
KONKRET.az