“Rusiya Ukrayna ərazisinə Şimali Koreya qoşunlarını yerləşdirməyi planlaşdırır”.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko iddia edib.
O bildirib ki, Şimali Koreya əsgərləri hazırda Rusiyanın Kursk vilayətində xidmət edir. Bu əsgərlərin tezliklə birbaşa Ukrayna ərazisinə göndərilməsi planlaşdırılır.
Kovalenko qeyd edib ki, bu əsgərlər Kursk vilayətində olduğu kimi rus forması geyinəcəklər.
Aynurə İsmayıl
KONKRET.az