Rusiyalı aparıcı efirdə baş verənlərə reaksiya verməməsinin səbəbini AÇIQLADI – VİDEObackend

Rusiyalı aparıcı efirdə baş verənlərə reaksiya verməməsinin səbəbini AÇIQLADI - VİDEO

Rusiyalı aparıcı Yekaterina Andreyeva “Birinci kanal”da təqdim etdiyi “Vesti” xəbər proqramında yaşanan hadisəyə münasibət bildirib.

KONKRET.az “StarHit”ə istinadən xəbər verir ki, o, əlində “Müharibəyə yox!” plakatı ilə qəfil canlı efirə çıxan telekanal əməkdaşı Marina Ovsyannikovaya niyə reaksiya vermədiyini belə izah edib:

“Mən sizə demişdim: “Nə olursa olsun, həmişə qaya kimi dur!”. Bu cür dözümlülük məndə haradandır? Bu gün o mənə lazım oldu. Dözümlülük yoqa və ürəkdəndir”, – deyə teleaparıcı qeyd edib.

Qeyd edək ki, kanalın redaktoru olduğu bildirilən M. Ovsyannikova hadisədən sonra saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*