Rusiyalı əsirlərdən ŞOK ETİRAF: “Bizə hamıya atəş açmağı ƏMR ETMİŞDİLƏR” – ÖZƏLbackend

Rusiyalı əsirlərdən ŞOK ETİRAF: "Bizə hamıya atəş açmağı ƏMR ETMİŞDİLƏR" - ÖZƏL

Rusiyalı hərbi əsirlər Ukrayna iqtisadiyyatı üçün işləyəcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Daxili işlər nazirinin birinci müavini Yevgeni Yeninin sözlərinə görə, Cenevrə Konvensiyaları əsirləri iqtisadiyyatı bərpa etmək məqsədilə iş üçün istifadə etməyə icazə verir.

“Biz Cenevrə Konvensiyalarının bununla bağlı bizə verdiyi bütün bu imkanlardan istifadə edəcəyik. Yəni işçi qüvvəsindən istifadə və s. .Bütün bu insanlar sonda Ukraynanın iqtisadiyyatını bərpa etmək üçün çalışacaqlar”, – deyə nazirin birinci müavini vurğulayıb.

Yenin həmçinin bildirib ki, Ukraynada əsirlərə münasibət beynəlxalq humanitar hüququn tələb etdiyi kimidir.

Xatırladaq ki, əsir düşən rus hərbçiləri Xarkovu 3 günə almağı planlaşdırdıqlarını bildiriblər. Onların hamıya atəş açmağa icazəsi olub.

Bellingcat mütəxəssisləri daha əvvəl Rusiya ordusunun ən zəif nöqtəsini açıqlayıblar. Onların fikrincə, düşmənin təçhizat və logistika sahəsində boşluqları var.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko 2 min rus əsgərinin əsir götürüldüyünü bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*