Xroniki xəstəliklərdən əziyyət çəkən insanlar soyuq, nəm və küləkli yerlərdən uzaq durmalıdırlar.
KONKRET.az xəbər verir ki, bunu Xodanova adına Moskva İmmunororreksiya Mərkəzinin direktoru Lyudmila Lapaya Pravda.ru-ya müsahibəsində deyib.
“Əgər ayaqlarınız islanarsa dərhal duzlu suya qoymaq lazımdır. Ayaqları isti saxlamaq vacibdir. Üşümə bədəndə bir növ intoksikasiya olduğunu göstərir”.
Mütəxəssisin sözlərinə görə, xroniki infeksiyalar bədəndə allergiyanın yaranmasına səbəb ola bilər:
“İndi çoxlu spreylər var. Bütün sistemə təsir etmədiklərinə görə onlardan istifadə edilməsi məsləhətdir”.
Mütəxəssis daha sonra qeyd edib ki, çimən zaman qulağa suyun daxil olmasına imkan vermək olmaz:
“Əks halda arzuolunmaz hallara gətirib çıxarır. Həmçinin, hamamdan sonra qulaq kanalını qurutmaq lazımdır. Duş qəbulundan sonra küləkli havada gəzmək məsləhət deyil”.
Rusiyalı həkimin daha bir xəbərdarlığı isə kondisionerlə bağlıdır. Lyudmila Lapaya bildirib ki, mənzillərdə, iş yerlərində kondisionerlər mütamadi təmizlənməlidir:
“Təmizlənməmiş kondisionerdə bakteriyalar çoxalır və bu da pnevmoniyaya səbəb olur”. O, həmçinin kondisionerin altında oturmamağı məsləhət görüb.
Vəli Həsənov,
KONKRET.az
