Rusiyalı hərbçilər üzərində “qırmızı xaç” işarəsi olan mikroavtobusa atəş açıblar.
KONKRET.az xəbər verir ki, insident martın 8-də Nikolayev vilayətində, Kirovoqrad şossesində baş verib.
Bu barədə Nikolaev Regional Şurasının rəhbəri Anna Zamazeeva “Telegram”-da məlumat verib.
Məlumata görə, nəqliyyat vasitəsində uşaq evi tərbiyəçiləri olub.
Atəş nəticəsində mikroavtobus alovlanıb.
