Rusiyalı kəşfiyyatçı KREMLİ sərt tənqid etdi: “Bu müharibədə uduzacağıq”backend

Rusiyalı kəşfiyyatçı KREMLİ sərt tənqid etdi: “Bu müharibədə uduzacağıq

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) istefada olan polkovniki, Donbass separatçılarının keçmiş komandiri İqor Strelkov (Qirkin) Luqansk vilayətinin Severodonetsk uğrunda gedən döyüşlər kontekstində Rusiyanın hərbi-siyasi rəhbərliyini tənqid edib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.

Mənbə yazır ki, Rusiya-Ukrayna cəbhəsindəki vəziyyətdən danışan Qirkin bildirib ki, Ukraynanın böyük bir şəhərinin tutulması Rusiyaya müharibədə qələbə gətirməyəcək.

“Heç bir taktiki qələbə ilə müharibəni udmaq olmaz. Daha on Severodonetsk götürə bilərsiniz, amma müharibəni uda bilməzsiniz. Müharibədə qalib gəlmək üçün düşmənin Silahlı Qüvvələrini məğlub etməlisən. O, müqavimət göstərmək qabiliyyətindən məhrum olmalıdır. Qala ardınca qala tutmaq heç nə verməyəcək. Bu, yalnız hər iki tərəfdən böyük itkilərlə nəticələnir”, – Qirkin bildirib.

Onun sözlərinə görə, mümkün qədər çox ukraynalı hərbçini səmərəli şəkildə məhv etmək lazımdır:

“Xatırladaq ki, ruslar öz qardaşlarını öldürürlər, əslində bu, vətəndaş müharibəsidir”.
Qirkin əlavə edib ki, Rusiya Ukrayna ilə uzun sürən müharibəni uduzacaq: “Onlarla (Ukrayna hərbçiləri nəzərdə tutulur) belə döyüşəcəyiksə, müharibədə qalib gələ bilməmək şansımız bir o qədər artır. Bu müddət ərzində isə Rusiya iqtisadiyyatı pisləşəcək”.

O, müasir Amerikanın HIMARS reaktiv buraxılış sistemlərinin Ukrayna əsgərləri tərəfindən istifadəsindən qorxuya düşməsini gizlətməyib: “Dünən sükutun son günü idi”.

“Sükutin son günü də keçdi. Bu gündən etibarən Ukrayna taktiki silah olan Amerikanın HIMARS MLRS ilə hücuma keçəcək. Bu tipli raketlərin hücum məsafəsi 500 km-ə çatır. Ukraynaya 80 km uça bilən raketlər də gətirilib”, – Qirkin yazıb.

Qirkin qeyd edib ki, indiyədək Ukraynada sovet tipli silahlar, xüsusən də “Toçka U” və “Qrad” olub.

“İndi bu, tamamilə fərqli bir silah növüdür” deyə o, yekunlaşdırıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*