Rusiyalı məşhur aktyor Putini dəstəkləyən həmkarlarına “TƏBRİK” GÖNDƏRDİ – VİDEObackend

Rusiyalı məşhur aktyor Putini dəstəkləyən həmkarlarına "TƏBRİK" GÖNDƏRDİ - VİDEO

Qalmaqallı rusiyalı aktyor Aleksey Panin Putini və öz həmkarlarını qəzəbləndirəcək müraciət edib.

KONKRET.az xəbər verir ki, rusiyalı məşhur Putini dəstəkləyən həmkarlarını Teatr Günü münasibətilə təbrik edərək onlara xüsusi arzularını çatdırıb. O, Rusiyanın Ukraynadakı “xüsusi əməliyyat”larını pisləyib.

Panin bütün əhalisi rusdilli olan Mariupolun teatr binasının bombalanmasını insanlığa qarşı hərəkət olduğunu bildirib. O, “Putinin cəlladları”nın günahsız insanları öldürdüyünü, Rusiya prezidentinin artıq bir aydan çoxdur Ukraynada “faşist” axtardığını deyib.

Aktyor həmkarlarına arzularını da çatdırıb.

“Arzu edirəm ki, nə qədər ömrünüz var, Ukraynada öldürülən insanlar hər gecə sizin yuxunuza girsinlər və soruşsunlar: “Nə üçün?” Hər dəfə övladlarınızın gözünə baxanda Ukraynada dağıntılar altından çıxarılan uşaqlar gözünüzün önünə gəlsin”, – deyə Panin emosiyalarını gizlətməyib.

Xuraman Etibarlı,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*