Rusiyalı politoloq Məhəmməd Əmin Rəsulzadəyə BÖHTAN ATDIbackend

Rusiyalı politoloq Məhəmməd Əmin Rəsulzadəyə BÖHTAN ATDI

MDB təşkilat yerinə hər kəsin bəyəndiyini ala bildiyi imkanlar mağazası olub.

KONKRET.az xəbər verir ki, bunu erməniyönlü “Reqnum” agentliyinin baş redaktoru, rusiyalı millətçi politoloq, keçmiş dövlət müşaviri Modest Kolerov deyib. O, hazırda MDB ölkələri arasında düşmənçiliyin artdığını, amma qəribə şəkildə MDB ölkələrinin XİN rəhbərlərinin Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı müraciət, təhlükəsizlik sferasında əməkdaşlıq kimi sənədlər hazırlamaq istədiklərini bildirib.

Kolerov bu tip sənədlərin hazırlanmasının qəbuledilməz olduğunu və guya Ukrayna, Azərbaycan və Ermənistanın alman nasistlərini dəstəkləyən keçmiş ictimai xadimlərin təbliğatıyla məşğul olduğunu iddia edib.

Kolerov, həmçinin nasistləri dəstəkləyən liderlər sırasında məntiqsiz şəkildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin adını da çəkib.

Erməniyönlü baş redaktor MDB-nin siyasi institut kimi çoxdan öldüyünü bildirib:

“MDB meyitdir. Bütün mövcud olduğu illərdə və özəlliklə indi MDB-ni bizim qonşularımız Rusiyanın resurslarını istismar etmək üçün istifadə edib… Rusiya MDB formatı vasitəsilə özünün düşmənlərini böyüdüb, bəsləyib və saxlamağa da davam edir və əvəzində heç nə də almır”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*