Rusiyalı səfir Polşa XİN-ə çağırıldıbackend

Rusiyalı səfir Polşa XİN-ə çağırıldı

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Rusiya Prezidenti Vladimir Putinin Polşa ilə bağlı sözlərinə görə Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.

“Görüş çox qısa olub”, – deyə o əlavə edib.

Xatırladaq ki, cümə günü Putin Təhlükəsizlik Şurası ilə iclasda deyib ki, məhz Sovet İttifaqı və Stalinin mövqeyi sayəsində Polşa Qərbin və Almaniyanın torpaqlarının yetərincə hissəsini alıb. Rusiyalı lider, həmçinin bildirib ki, indi Polşa təkcə Ukraynanın deyil, həm də Belarus torpaqlarını almaq istərdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*