Rusiyalıların əsas qorxuları məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə Levada-Center sorğu keçirib. Sorğunun nəticələrinə görə, ruslar ən çox qohumlarının və uşaqlarının xəstəliklərindən qorxurlar – 56%, ikinci yerdə müharibə qorxusu – 53%, bundan sonra əmək qabiliyyətinin itirilməsi – 41%.
Sorğunun nəticələrinə görə, respondentlər ən az ictimai alçaldılmadan (4%), repressiyaya qayıtmaqdan (8%) və cinayətkarlardan (10%) narahatdırlar.
Sosial problemlər arasında rusları narahat edənlər: qiymət artımı (62%), korrupsiya, rüşvətxorluq (38%), yoxsulluq, əhalinin əksəriyyətinin yoxsullaşması (37%).
Həmçinin, işsizliyin artması, tibbi xidmətin bir çox növlərinin əlçatmazlığı, gəlirlərin ədalətsiz bölüşdürülməsi, məmurların hökmranlığı və özbaşınalığı kimi problemlər də çoxlu səs qazanıb.
Xuraman Etibarlı,
KONKRET.az
