Rusiyanı apreldə defolt gözləyir.
KONKRET.az xəbər verir ki, dünyanın ən böyük maliyyə korporasiyalarından biri olan Morgan Stanley-nin analitikləri aprelin ortalarında Rusiyanın defoltunu proqnozlaşdırır. 2023 və 2043-cü illərdə ödəmə müddəti başa çatan dollar istiqrazları üçün 30 günlük güzəşt müddətinin başa çatdığı aprelin ortalarında gözlənilir.
Morgan Stanley hesab edir ki, Rusiya Venesueladakı defolta bənzər defoltla üzləşib.
“Biz defoltu ən çox ehtimal olunan senari kimi görürük. Onun normal defolt kimi görünməsi ehtimalı azdır və Venesuela bəlkə də ən uyğun müqayisədir”, – Morgan Stanley bildirib.
Təhlilçilər deyirlər ki, Rusiya Venesuelaya bənzəyir və onun ancaq sanksiyalar ləğv edildikdən sonra “işə düşəcək” əhəmiyyətli neft aktivləri var. Həmçinin, onların fikrincə, istiqrazlar üzrə defolt və məhkəmə qərarı halında, kreditorların hazırda Rusiyadan kənarda dondurulmuş bütün aktivlərə, o cümlədən valyuta ehtiyatlarına çıxış əldə etmək riski artır.
Xuraman Etibarlı,
KONKRET.az