“Rusiyanı bir dövlət kimi Zelenski ayaqda saxlayır” – ƏTRAFLIbackend

“Rusiyanı bir dövlət kimi Zelenski ayaqda saxlayır” - ƏTRAFLI

Rusiya-Ukrayna arasında müharibə uzandıqca tərəflər arasında kin və nifrət daha artırır. İndiyə kimi işağlçı Rusiyanın təcavüzünə qarşı qəhrəmancasına mübarizə aparan Ukrayna xalqı çoxsaylı itkilər verib. Bu gün isə Ukrayna Prezidenti Volodimir Zelenski “Qələbə Günü” ilə bağlı müraciət edib. O çıxışında tezliklə Ukraynanın iki “Qələbə Günü”nü qeyd edəcəyini açıqlayıb.

Maraqlıdır, Zelenskinin belə əmin danışması Rusiyanın məğlubiyətindən xəbər verir, yoxsa bütün bunlar sadəcə vədlərdir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Cümşüd Nuriyev cavablandırıb. O bildirib ki, bəzən siyasi liderlər öz yalanlarına həddən artıq inanırlar. Həmçinin başqalarının da buna inanacağını düşünürlər: “Lakin müharibə başladığı gündən bəri Ukrayna Rusiyaya qarşı ciddi uğur əldə edə bilməyib. Putin də tezliklə müharibəni başa çatdıracaqlarını açıqladı. Ukraynanın Azov dənizinə çıxışı bağlanıb. İndi onlar Qara dənizə də çıxışı itirmək üzrədirlər. İndiki məqamda Zelenskinin bu açıqlaması daxili auditoriyaya hesablanmış fikirlərdir. Ukrayna bu müharibədə necə qələbə qazana bilər? Onlar Böyük Yeddiliyə daxil olan ölkələrdən müharibə aparmaq üçün milyardlarla  pul istəyir. Bu isə o deməkdir ki, Ukraynanın resursları tükənib və qalib gəlmə ehtimalı çox aşağıdır”.

Politoloq: “Krım Platforması Rusiyanın parçalanmasını tezləşdirəcək” »  Reyting.az

Politoloq bildirib ki, Rusiya ilə Ukraynanın hərbi və iqtisadi gücləri arasında ciddi fərq var: “Dünya bir növ Ukraynadan Rusiyaya qarşı istifadə edir. İlk vaxtlara Rusiyada müəyyən qüvvələr müharibənin əleyhinə idi. Lakin Zelenskinin bu çıxışları bütün Rusiyanı Putinin ətrafında birləşdirdi. Belə demək olarsa, Rusiyanı bir dövlət kimi hazırda Zelenski ayaqda saxlayır. Onun bu bəyanatı Ukrayna üçün hesablanmış bir çıxışdır. Lakin siyasətdə belə ritorik çıxışlar nələrisə həll etmir. Tarixdə belə faktlar çox olub. Tam əminliklə demək olar ki, Ukrayna Prezidentinin çıxışı emosiyalardan başqa heç nəyi özündə ehtiva etmir. Təəssüf ki, Ukraynanın Rusiyaya qalib gəlmək ehtimalı 10 faizdir. 90 faiz Kreml bu müharibədən qalib ayrılacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*