Dövlət Dumasının Başqırdıstandan olan daha iki deputatı sanksiya siyahısına daxil edilib.
KONKRET.az xəbər verir ki, bu deputatlar Vahid Rusiya Partiyasından olan Rizvan Kurbanov və LDPR nümayəndəsi Rifat Şayxutdinovdur.
Avropa İttifaqından verilən məlumata görə, onlar Rusiya ilə DNR və LNR arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi ratifikasiya edildikdən sonra siyahıya əlavə edilib.
Xatırladaq ki, əvvəllər Dövlət Dumasının Başqırdıstandan olan 12 deputatı artıq sanksiya siyahısında idi.
Müşviq Tofiqoğlu,
KONKRET.az
