“Rusiyanın Donbass problemini sülh yolu ilə həll etmək şansı yoxdur” – Putindən KRİTİK AÇIQLAMAbackend

“Rusiyanın Donbass problemini sülh yolu ilə həll etmək şansı yoxdur” – Putindən KRİTİK AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda istədiyi nəticəni əldə edəcəyini bildirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Putin rus hərbçilərinin “cəsarətlə, qəhrəmancasına və peşəkarlıqla” döyüşdüyünü dilə gətirib.

Prezident həmçinin qeyd edib ki, Rusiyanın Donbass problemini sülh yolu ilə həll etmək şansı yoxdur. Putin ölkəsinin başqa seçimi olmadığını vurğulayıb.

Kreml rəhbəri həmçinin Sparta batalyonunun komandiri Vladimir Coqanın atası Artyom Coqa ilə görüşüb və onun “Rusiya Qəhrəmanı” ulduzunu təqdim edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*