Rusiyanın gizli Paşinyan arzusu: Müharibədən sonra ortaya çıxdıbackend

Rusiyanın gizli Paşinyan arzusu: Müharibədən sonra ortaya çıxdı

Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik getdikcə artır. Buna əsas səbəblərdən biri İrəvanın Moskva ilə mövcud ittifaq münasibətlərindən uzaqlaşaraq Avropa İttifaqına və ümumilikdə Qərbə inteqrasiya siyasəti yürütməsidir.

Ermənistan rəhbərliyi son dövrlərdə ölkənin Avropa İttifaqına üzvlüyü istiqamətində niyyətlərini açıq şəkildə ifadə edir. Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi siyasi qüvvə Ermənistanın Avropa məkanına siyasi və iqtisadi inteqrasiyasını prioritet istiqamətlərdən biri kimi təqdim edir.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı qərarı İrəvanın öz işidir. Rusiya Prezidenti Vladimir Putin də Ermənistanın Avropa İttifaqına üzvlük istəyinin ölkənin qanuni hüququ olduğunu vurğulayıb. Lakin Moskva bu məsələyə görə narahat olduğunu da fərqli platformalarda dilə gətirir. 

KONKRET.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Ermənistanın xarici siyasətində Avropa istiqamətinin güclənməsi Moskva ilə İrəvan arasındakı münasibətlərdə əsas fikir ayrılıqlarından biri olaraq qalır:

“Rusiya-Ermənistan münasibətlərində görünən proseslə pərdaraxası məqamlar arasında ciddi fərqlər var. Ermənistanda parlament seçkilərindən öncə Paşinyanın Rusiyaya səfər etməsi, seçkidən 2 gün öncə, yəni nəticə bəlli olmadığı halda Putinin Paşinyanı Rusiyaya dəvət edəcəyini açıqlaması, Rusyanın istəyinin nəticəsi olaraq, müxalifətin parlamentdə daha çox yerə sahib olması Moskva və İrəvan arasında pərdəarxası sövdələşmələrin olduğunu deməyə əsas verir.

Əsas məsələ isə Rusiya ilə Ermənistan arasında Ukrayna müharibəsindən sonra kəskin şəkildə artan ticarət dövriyyəsi ilə bağlıdır. Yəni Moskvaya tətbiq edilən sanksiyalardan sonra bir çox məhsulun Ermənistan üzərindən Rusiyaya daşınması və bu ölkənin mallarınn yenə Ermənistan üzərindən xaricə satılması iki ölkə arasındakı münasibətlər barədə aydın təsəvvür yaradır.

Bu da onu göstərir ki, qərbmeyilli siyasətçi kimi tanınan Paşinyanın hakimiyyətdə qalması Rusiyaya sərf edir.

Real vəziyyət ondan ibarətdir ki, Ermənistanın yaxın perspektivdə Avropa İttifaqına üzvlük şansı yoxdur.

Paşinyan çox yaxşı bilir ki, Ermənistanın Rusiyadan ciddi iqtisadi asılığı olduğu halda, kəskin siyasi kurs dəyişikliyi İrəvan üçün ciddi problemlərə səbəb ola bilər.

Ona görə də Ermənistanın siyasi rəhbərliyində təmsil olunan şəxslərin mətbuata açıqlmaları ilə reallıq arasında kəskin fərqlər var.

Digər tərəfdən Paşinyan Rusyanın Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasəti ilə bağlı referendum təklifindən imtina etdi. Bununla da İrəvanı geosiyasi seçim qarşısında qalmaqdan xilas etmiş oldu. Nəticədə Avrasiya İqtisadi İttifaqında qalmaqla, Avropa İttifaqı ilə münasibələrini də qoruya bildi və beləliklə də manevr imkanlarını saxladı. Ona görə də hesab edirəm ki, Rusiya-Ermənistan münasibətlərində yaxın perspspektivdə ciddi dəyişiklik olmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*