Rusiyanın Polşadakı səfiri hücuma məruz qaldıbackend

Rusiyanın Polşadakı səfiri hücuma məruz qaldı

Rusiyanın Polşadakı səfiri Varşavada sovet əsgərlərinin qəbiristanlığında qırmızı boya hücumuna məruz qalıb.  

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Varşavadakı “Brudnovski” qəbiristanlığında Polşanın azad edilməsi uğrunda döyüşlərdə həlak olan sovet əsgərlərinin xatirəsinə əklillər və çiçəklər qoyulub.

Mərasim zamanı gözlənilməz hal yaşanıb. Rusiyanın Polşadakı səfiri də ziyarətçilər arasında olub və hücuma məruz qalıb.

Belə ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Varşavada sovet əsgərlərinin qəbiristanlığına əklil qoymağa çalışarkən onun üzərinə qırmızı boya atılıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi hadisəyə görə, kəskin etirazını bildirib.

Xarici İşlər Nazirliyi hücum edənləri ekstremist adlandırıb, Polşa polisini isə tam fəaliyyətsizlikdə günahlandırıb.

Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi rəsmi Varşavadan dərhal əklil qoyma mərasimini yenidən hazırlamağı tələb edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*