Rusiyanın Şimal qütbündən ABŞ və Kanadaya nüvə zərbəsi məşqi – VİDEObackend

Rusiyanın Şimal qütbündən ABŞ və Kanadaya nüvə zərbəsi məşqi - VİDEO

Ötən həftə sonu Rusiyanın Hava Kosmik Qüvvələrinin iki Tu-160 strateji bombardmançısı gözlənilmədən Şimal qütbü istiqamətindən ABŞ və Kanadanın hava sərhədlərinə yaxınlaşıb.

KONKRET.az Kanadanın “CTV News” kanalına istinadən xəbər verir ki, nüvə raketləri daşıyan bombardmançılar qəfildən Arktika istiqamətindən ABŞ və Kanadanın birgə hava hücumundan müdafiə sisteminin  identifikasiya zonasında görünüb. Təyyarələr nüvə zərbələrini məşq edərək geri dönüblər.

Məlumata görə ABŞ və Kanada Hərbi Hava Qüvvələri Rusiya bombardmançılarının hərəkətlərinə vaxtında reaksiya verə bilməyiblər, qırıcılar Rusiya bombardmançıları Kanada hava məkanından uzaqlaşandan sonra qaldırılıb.

Şimali Amerika aerokosmik müdafiəsi komandanlığı NORAD bildirib ki, yanvarın 31-də səhər saatlarında Rusiya bombardmançıları Kanadanın suveren hava məkanına yaxınlaşıb, lakin onlar beynəlxalq hava məkanında qalıblar və Kanadanın hava sərhədlərini pozmayıblar. Bu insident NORAD-dakı Amerika komandanı, general Terrens O` Şennesinin Şimali Amerikanın hava və kosmik hücumlardan müdafiə sisteminin köhnəldiyi barədə bəyanatından bir neçə gün sonraya təsadüf edib. General bildirmişdi ki, NORAD-ın istifadə etdiyi texnologiya köhnəlib və Rusiyanın mümkün hücumlarını vaxtında aşkarlamağa imkan vermir.

NORAD bildirib ki, səsdən iti uçan Rusiya bombardmançıları Kanada Hava Hücumundan Müdafiə qüvvələrinin identifikasiya zonasında izlənilib, lakin rusları “qarşılamaq” üçün havaya qırıcılar qaldırılmayıb.

Bildirilir ki, Rusiya bombardmançıları ilk dəfə Şimali Amerikaya ötən ilin avqustunda yaxınlaşmışdılar.

virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*