Rusiyanın Ukraynaya hücumu davam edir – 352 ölü, 2040 yaralıbackend

Rusiyanın Ukraynaya hücumu davam edir - 352 ölü, 2040 yaralı

“Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatı nəticəsində artıq 100-dən çox insan həlak olub, 300-dən çox vətəndaş xəsarət alıb”.

KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin Cenevrədəki ofisi məlumat yayıb.

Bildirilir ki, həlak olanlar arasında ən azı 7 uşaq var.

BMT-nin Ali Komissarının bəyanatında deyilir ki, itkilərin əksəriyyəti artilleriya, raket və havadan bombardmanlar nəticəsində olub.

Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin isə fevralın 28-nə olan məlumatına görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri 16-sı uşaq olmaqla 352 nəfər ölüb. Eyni zamanda 2040 mülki şəxs xəsarət alıb. Onlardan 45-i azyaşlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*