Rusiya ordusunun Ukraynanın Vinnitsa şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 26-ya çatıb.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Vinnitsa regional administrasiyasının rəhbəri Sergey Borzov Telegram-da paylaşım edib:
“20 yaşlı Olqa Lısenko aparıldığı xəstəxanada dünyasını dəyişib. İyulun 14-də hücum baş verən zaman o, Qələbə meydanında olub. Hücum nəticəsində onun bədəninin 98 faizi yanıb. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”.
Qeyd edək ki, iyulun 14-də Rusiya Ukraynanın Vinnitsa şəhərinə raket zərbələri endirib. Rusiyanın atdığı “Kalibr” raketlərindən biri zabitlər evinə, digəri isə hərbi komissarlığın ərazisinə düşüb.
İqbal Rzayev,
KONKRET.az
