Rusiyanın Zaporojye AES-i nəzarəti ələ keçirməsi xəbəri YALANDIR – TƏKZİBbackend

Rusiyanın Zaporojye AES-i nəzarəti ələ keçirməsi xəbəri YALANDIR - TƏKZİB

Ukrayna rəsmiləri Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarəti ələ keçirməsi ilə bağlı xəbərləri təkzib edib.

KONKRET.az-ın BBC-yə istinadən xəbərinə görə, Ukraynaya məxsus “Energoatom” dövlət şirkəti bu barədə yayılan iddiaları yalan adlandırıb.

Qeyd edək ki, bu gün səhər Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov Rusiya qoşunlarının Avropanın ən böyük AES-i olan Zaporojye ətrafındakı əraziyə nəzarəti tam ələ keçirdiyini bildirib. O, Rusiya personalının AES-in fəaliyyətinə və radioaktivlik səviyyəsinin normal səviyyədə saxlanılmasına nəzarət etdiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*