Ruslar arasında ən populyar peşələrin adları açıqlandı – SİYAHIbackend

Ruslar arasında ən populyar peşələrin adları açıqlandı - SİYAHI

2019-cu ildə ruslar ən çox sürücü peşəsi ilə maraqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “İzvestiya” qəzeti ölkənin kütləvi ixtisaslar üzrə əmək bazarının “Avito İş” analitik mərkəzinin araşdırmasına istinadən  yayıb.

Üçlükdə elektrik və fəhlə peşələri də yer alıb. Onluğa isə qaynaqçı, dayə, usta, aşpaz, təmizləyici xanım, satıcı və idarəçi daxil olub.

Nəşrin məlumatına görə, fəhlə peşəsinə maraq xeyli çoxalıb. “Elektrik”, “dayə” və “təmizləyici” üçün də müraciətlərin sayı da artıb.

Rusların sürücüyə marağı ötən ilin səviyyəsində qalıb. Satıcı, idarəçi, qaynaqçı və təmizləyici peşələrinə maraq isə aşağı düşüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*