“S-400” məsələsi artıq bitib” – Çavuşoğlu Blinkinlə görüşdübackend

"“S-400məsələsi artıq bitib" - Çavuşoğlu Blinkinlə görüşdü

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Brüsseldəki qərargahında ABŞ-ın dövlət katibi Entoni Blinkinlə görüşüb.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki,  görüş zamanı Suriya, Liviya və Şərqi Aralıq dənizi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Mövlud Çavuşoğlu ABŞ rəsmisinə növbəti dəfə Türkiyənin PKK və FETO ilə bağlı mövqeyini xatırladıb.

M.Çavuşoğlu və Entoni Blinkin həmçinin “S-400” zenit-raket kompleksləri barədə də fikir mübadiləsi aparıblar.

M.Çavuşoğlu bildirib ki, Türkiyə “S-400” komplekslərini artıq əldə edib və bu məsələ Türkiyə üçün bitmiş hesab olunur.

“Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyik”, – deyə M.Çavuşoğlu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*