Rusiya Müdafiə Nazirliyi bildirib ki, 2020-ci ildə Rusiya ordusuna S-500 “Prometey” zenit raket sistemi üçün dünyada analoqu olmayan və keçən il sınaqları keçirilən ən yeni raketlər göndərəcək.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” müdafiə nazirinin müavini Aleksey Krivoruçkoya istinadən yayıb.
“Yeni kompleksi 2020-ci ildə qoşunlara tədarük etməyə hazırıq”, – deyə nazir müavini bildirib.
O, həmçinin əlavə edib ki, kompleksin əsas vəzifəsi orta mənzilli ballistik raketlərin və trayektoriyanın son hissəsində qitələrarası ballistik raketlərin döyüş təchizatı ilə mübarizə aparmaqdır.
Babək Göyüş
KONKRET.az
