Saakaşvili: Ukrayna şəhərləri “pis gündədir”backend

Saakaşvili: Ukrayna şəhərləri “pis gündədir”

Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili hesab edir ki, müasir Ukraynada yaşanan həyat SSRİ-də olduğundan qat-qat pisdir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “112-Ukrayna” telekanalı yayıb.

Onun sözlərinə görə, Ukrayna şəhərləri çox pis görünür.

“Ukrayna şəhərləri heç vaxt bu cür pis formada olmayıb, ildən-ilə daha da pisləşir”, – deyə Saakaşvili qeyd edib.

Bununla yanaşı, o, təəssüfləndiyini bildirib və vurğulayıb ki, Ukraynadan fərqli olaraq, bütün dünyada tərəqqi və inkişaf müşahidə olunur.

Siyasətçi 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ukraynalıların “uğur nümunəsini görmədiklərini” də qeyd edib.

Babək Göyüş

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*