Saakaşvilinin anası: “Dünən üç dəfə yıxılıb, vəziyyəti yaxşı deyil”backend

Saakaşvilinin anası: "Dünən üç dəfə yıxılıb, vəziyyəti yaxşı deyil"

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasaniya oğlunun səhhəti barəsində ictimaiyyətə məlumat verib. 

KONKRET.az xəbər verir ki, Alasaniya Saakaşvilinin səhhətində problemlər olduğunu bildirib.

Onun sözlərinə görə, Saakaşvili daha da zəifləyib:

“Sonuncu dəfə onu 2 gün əvvəl həbsxanada görmüşdüm. Üzü ağ rəngdədir. Ona baxanda gözlərim ağrıdı. Hərəkət edəndə çox çətinlik çəkir. Mənə dedi ki, dünən üç dəfə yıxılıb. Qısaca, vəziyyəti qənaətbəxş deyil. Həkimləri gördüm və onlarla tanış oldum. Onlar çox diqqətlidirlər. Ancaq Sakaşavilinin özü yaxşı vəziyyətdə deyil. Ondan analizlər götürülüb, hələlik cavablarını bilmirəm. Onun intensiv olaraq müalicəyə ehtiyacı var”.

Saakaşvilinin anasının sözlərinə görə, eks-prezidentin yerləşdirildiyi klinikada daha əvvəl belə bir vəziyyətdə olan pasiyent müalicə edilməyib. O əlavə edib ki, sabiq prezidentə 9 fərqli xəstəlik diaqnozu qoyulub və hər an səhhəti daha da pisləşə bilər.//Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*