Sabah hava necə olacaq? – PROQNOZbackend

Sabah hava necə olacaq? - PROQNOZ

Noyabrın  16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin KONKRET.az-a verdiyi məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir  yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz  12-14, Bakıda gecə 6-8 gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət  80-90  faiz olacaq.

Noyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 5-9,  gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz  2-6 dərəcə  isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*