Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaqbackend

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

2-ci kəmərin bağlanması ilə əlaqədar Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən “Akasiya Park” MMC-ə məxsus yaşayış binalarının qaz kəmərinin mənbəyə qoşulması ilə bağlı Sumqayıt şəhəri 3, 41, 41 A, 47, 76-cı məhəllələr, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.

Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər abonentlərə verilən qaz təchizatı dayandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*