Sabiq deputata məxsus məşhur şirkət cərimələndibackend

Sabiq deputata məxsus məşhur şirkət cərimələndi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı şirkətlərdən biri olan “Avropa Qapıları” MMC barəsində protokol tərtib edib.

KONKRET.az Dövlət Xidmətindən açıqlanan məlumata istinadən xəbər verir ki, “Avropa Qapıları” MMC-nin müştərilərə satdığı məhsulda istehsal qüsuru olmasına baxmayaraq, məhsul dəyişdirilməyib və ya qaytarılmayıb.

Qəbul edilən protokola əsasən “Avropa Qapıları” MMC -nin 600 manatdan 900 manatadək məbləğdə cərimə ediləcəyi gözlənilir.

Baba Tağıyev

Məlumat üçün bildirək ki, 1993-cü ildən fəaliyyət göstərən “Avropa Qapıları” qapı, pəncərə və mebellərin istehsalı ilə məşğul olur. “Avropa Qapıları” sabiq millət vəkili Baba Tağıyevə məxsus olan “Tağıyev” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir.Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*