Sabiq icra başçısının restoranının inzibatçısı HƏBS OLUNDUbackend

Sabiq icra başçısının restoranının inzibatçısı HƏBS OLUNDU

Bir neçə gün öncə “Neolit” şadlıq sarayında karantin rejimini pozaraq toy məclisi keçirilməsi ilə bağlı restoranın inzibatçısı 10 sutka həbs edilib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami RPİ-25-ci Polis Şöbəsinin tərtib etdiyi protokola aprelin 3-də rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb. İnzibatçı Qarayev Fuad Hafiz oğlu “Neolit” şadlıq sarayında toy mərasiminin keçirilməsinə şərait yaradaraq xüsusi karantin rejiminin qaydalarını pozmaqda təqsirləndirilib. Unikal.org-un isə əldə etdiyi məlumata görə, “Neolit” restoranının sahiblərindən biri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovdur.

Qeyd edək ki, Arif Qasımovun qaynı İsrafil həmin restoranın müdiridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*