Sabirabadda mağazada YANĞINbackend

Sabirabadda mağazada YANĞIN

Sabirabad rayonunda yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonun Beşdəli kəndində ümumi sahəsi 200 kvadratmetr olan mağazanın içərisində beş kvadratmetr sahədə təsərrüfat malları və üç poqonometr elektrik kabeli yanıb, yüksək temperaturdan iki ədəd monitor qarsalanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*