Sabunçu sakinlərini gün üzünə həsrət qoyan kimlərdir? – VİDEObackend

Sabunçu sakinlərini gün üzünə həsrət qoyan kimlərdir? - VİDEO

Hasara alınan bu bina Bakıxanov qəsəbəsi  Nazim İsmayılov 15 ünvanıdır. Binanı hasarlayaraq burada yaşayan sakinlərin ətrafla görüntüsünü məhdudlaşdıran isə Qafqaz Konstrakşn adlı tikinti şirkətidir.

KONKRET.az xəbər verir ki, sakinlərin sözlərinə görə, binada yaşayan insanların hamısı ilə tam razılıq əldə olunmadan və mənzillər boşaldılmadan ərazinin hasara alınması qeyri-qanunidir. Şikayətçilər bunu hüquq və azadlıqlarının pozulması kimi dəyərləndirirlər.

Bu insanların şikayətini dinlədikdən sonra qarşı tərəfin mövqeyini öyrənmək üçün şirkətin sözügedən ərazidəki ofisinə yaxınlaşdıq.

Özünü şirkətin səlahiyyətlisi kimi təqdim edən Tərlan adlı şəxslə telefon danışığı zamanı isə o, sakinlərlə tam razılıq əldə olmadan heç bir söküntünün aparılmayacağını bildirdi.

Sabunçu rayon İcra Hakimiyyətinin rəsmisi Müslüm Mahmudov isə mövcud məsələnin onların səlahiyyətləri çərçivəsində olduğunu dedi

Ərazidə çəkiliş apararkən orada ağacların kəsildiyini də müşahidə etdik. Sakinlərlə söhbət zamanı onlar da binanın həyətində əkilən 33 ədəd zeytun ağacının şirkət əməkdaşları tərəfindən kəsildiyini təsdiqlədilər.

Bu məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirdi ki, keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov 15 ünvanında həqiqətən ağacların kəsilməsi faktı müəyyən edilib. Xidmət rəsmisi onu da əlavə etdi ki, hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır.

Ümid edirik ki, həm şirkət rəsmiləri, həm də aidiyyatı qurumlar sakinlərin probleminə biganə qalmayaraq onların istəklərini nəzərə alacaqlar.

KONKRET TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*