ABŞ lideri Donald Trampın su ilə bağlı şikayəti ölkə gündəminə çevrilib.
Belə ki, bir müddət əvvəl Trampın duş qəbulu zamanı suyun yaxşı gəlmədiyini və buna görə də saçlarının “mükəmməl” olmadığını bildirməsi, suyun normal gəlməsi üçün sifonu 10-15 dəfə çəkməyə məcbur oluram deməsi Energetika Nazirliyini hərəkətə gətirib.
BBC-nin yazdığına görə, Trampın bu şikayətindən sonra sudan istifadə qaydaları ilə bağlı qanuna dəyişiklik ediləcək. 1992-ci ildə qəbul edilmiş həmin qanunda “hər bir duş başlığından axan suyun” həcminin 9,4 litr olması tələbi öz əksini tapmışdı.
Sabiq prezident Barak Obamanın hakimiyyəti dövründə sözügedən qanuna dəyişiklik edilib və yuxarıdakı ifadə “Bütün duş başlıqlarından axan su” ilə əvəzlənib.
Qanundakı əvəzlənmənin əvvəlki halına qaytarılacağı gözlənilir.
