Milli Məclisin sədri Sahibə Qafarova ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, spikerin “Twitter” hesabından etdiyi paylaşımda deyilir:
“Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 17-ci il dönümüdür. Ulu öndəri böyük hörmət və həsrətlə yad edirik. Onun əsasını qoyduğu güclü Azərbaycan, Prezident İlham Əliyevin liderliyi altında günbəgün daha da güclənir, qüdrətli ölkə olur”.
