Şaiq Həmidov vəfat etdibackend

Şaiq Həmidov vəfat etdi

Azərbaycan idmanına ağır itki üz verib.

KONKRET.az xəbər verir ki, Azərbaycanda müxtəlif paralimpiya idman sahələrində çalışmış Şaiq Həmidov bu gün vəfat edib.

Qeyd edək ki, Şaiq Həmidov 2013-cü ildə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti vəzifəsinə seçilib. 2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. AFFA-da hakim-inspektor vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*